Laporta Xavidən tələb edib: Belçikaya onları da apar
“Barselona”nın prezidenti Joan Laporta komandanın baş məşqçisi Xavidən Robert Levandovski, İlkay Gündoğan və Ronald Arauxonu Çempionlar Liqasının qrup mərhələsində “Antverpen”lə səfər oyununa aparmağı tələb edib.
Aut.az xəbər verir ki, Xavi onlara istirahət vermək istəyirdi. Bu barədə RAC1 məlumat yayıb.
Mənbəyə görə, Laporta La Liqa matçında “Jirona”ya son biabırçı məğlubiyyətə görə Xavidən onları “Antverpen”lə səfər oyununa aparmağı tələb edib.
Kataloniya klubunun prezidenti çempionatdakı belə məğlubiyyətdən sonra komandanın ən yaxşı oyunçularının dincəlməsini istəməyib.
“Barselona” bu gün, dekabrın 14-də “Antverpen”lə qarşılaşacaq.
Aut.az
