İtaliyaDünya futbolu

Bu gün qərarını açıqlayacaq

Giorgio Kyellini təqaüdə çıxmaq qərarına gəlib.

Aut.az xəbər verir ki, “Yuventus”un və İtaliya millisinin 39 yaşlı sabiq müdafiəçisi bu gün bununla bağlı açıqlama verəcək. Bu barədə “Goal” məlumat” yayıb.

Kyellini “Yuventus”la 9 qat İtaliya çempionu və 2020-ci ilin Avropa çempionudur. O, Turin klubunda 561 oyun keçirib və 36 qol vurub. O, millinin heyətində 117 oyun keçirib və 8 qol vurub.

Mərkəz müdafiəçisinin karyerasında sonuncu klubu 2022-ci ilin yayından çıxış etdiyi “Los Anceles” olub. Onun üçün 45 oyun keçirib və 1 qol vurub.