“Vüqar Həşimov Memorial-2023”: superturnirin qalibi bilindi
Qəbələdə keçirilən “Vüqar Həşimov Memorial-2023” superturnirində qalibin adına aydınlıq gəlib.
Aut.az xəbər verir ki, şahmatçılar bu gün 18 blits partiyada mübarizə aparıblar.
Rapid və blits yarışlarının yekununda ümumilikdə 22 xal toplayan hindistanlı şahmatçı Vidit Santoş Qujrati turnirin qalibi olub.
Azərbaycanlı şahmatçılardan ən yaxşı nəticəni Rauf Mamedov göstərib. O, 18,5 xal toplayaraq 4-cü olub.
.jpg)
