Boks

Şamanların hazırladığı bu içkidən içir – İndi daha tez-tez gülür

WBC versiyası üzrə sabiq dünya çempionu, amerikalı Deontey Uaylder açıq şəkildə bildirdi ki, ayuaska içkisi ona həyatdakı çətinlikləri və problemləri dəf etməyə kömək edir.

Aut.az xəbər verir ki, ənənəvi olaraq Amazonda hind tayfalarının şamanları tərəfindən hazırlanan bu içkidən yerli sakinlər “ruhlarla ünsiyyət qurmaq” və orqanizmi müalicə etmək üçün istifadə edirlər.

“Ayuaska əla içkidir. Hər kəsə sınamağı məsləhət görürəm. Bu içki, şübhəsiz ki, məndə bir iz buraxdı. Çoxları deyir ki, mən ətrafımdakı dünyaya daha həssas oldum və daha xoşbəxt oldum – və həqiqətən də bunun doğru olduğunu hiss edirəm. Çiyinlərimdən ağır bir yük qalxmış kimi özümü daha xoşbəxt hiss edirəm. İndi həyatda ən kiçik və əhəmiyyətsiz şeyləri belə qiymətləndirirəm.

Müsbət emosiyalarla doldum, daha tez-tez gülümsəməyə başladım… İnsanlar bəzi şeylərə görə ayaskaya şübhə ilə yanaşırlar. Bir az qorxurlar, amma mən həmişə deyirəm ki, qorxularını yenməlisən. Çünki onlar sizin növbəti səviyyəyə qalxmağınıza mane ola bilər”, – boksçu deyib.

Xatırlayaq ki, Uaylder Tayson Fyuridən aldığı ardıcıl iki məğlubiyyətdən sonra 2022-ci ilin oktyabrında Robert Heleniusu ilk raundda nokaut edərək rinqə qələbə ilə qayıtdı. O, növbəti döyüşünü dekabrın 23-də Cozef Parkerə qarşı keçirəcək.

Aut.az