Azərbaycan futbolu

“Qarabağ” – “Hakken”: neçə bilet satılıb?

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Hekken” oyununa bilet satışı davam edir.

Aut.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 250 manatdır.

Dekabrın 14-də keçiriləcək görüşə saat 21:45-də start veriləcək.