İngiltərə

“Pep, oyan, səhv bir şey var”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın İngiltərə Premyer Liqasındakı ardıcıl xal itkilərindən danışıb.

Aut.az xəbər verir ki, o, “şəhərlilər”in qələbəsiz oyunlıar seriyasına son qoymaq üçün hansı addımlar atmalı olduğu barədə X sosial şəbəkəsində (keçmiş “Twitter”) paylaşım edib:

“Bu vəziyyətdə özümə söz demək üçün bir addım geri çəkilməliyəm: Ah, Pep, oyan! Səhv bir şey var, tam təhlil aparın, baş verənləri qiymətləndirin. Niyə 4 oyunda qalib gələ bilmirsiniz, çünki əvvəllər indidən daha pis oynadığınız zaman belə qalib gəlirdiniz. Buyurun”!

Xatırladaq ki, İngiltərə çempionatının son 4 oyununda Qvardiolanın komandası üç dəfə heç-heçə edib: “Çelsi” ilə oyunda (4:4), “Liverpul”la (1:1) və “Tottenhem”lə (3:3). Komanda “Aston Villa”ya 0:1 hesabı ilə məğlub olub.