Kateqoriyasız

Suares “Qızıl top”la ayrıldı

Luis Suares Braziliya çempionatında mövsümün ən yaxşı oyunçusu seçilərək “Qızıl top” mükafatıalıb.

Aut.az xəbər veririk, 36 yaşlı forvard 17 qol, 11 qol ötürməsi ilə çempionatın lideri olub.  17 qolla isə bombardirlər yarışında ikinci olub.

Suares “Qremio”nun heyətində 33 matçda iştirak edib, komanda turnir cədvəlində ikinci yeri tutub.

Mərasimdə mükafatı Suaresə əvvəllər Uruqvay millisində Suareslə birgə çıxış etmiş Dieqo Luqano təqdim edib.

Mövsümün sonunda Suares Braziliyanı tərk edir. Onun “Barselona”dakı sabiq komanda yoldaşı Lionel Messinin oynadığı “İnter Mayami”yə keçə biləcəyi xəbərləri var.

Aut.az