İngiltərə

İndi də “Siti”yə “ilişdi” – Köpük partladı

Məşhur ingilis jurnalist Pirs Morqan “X” hesabındakı paylaşımında “Mançester Siti”ni tənqid edib.

“Mançester Siti” köpük idi və partladı. Onların eqoları bu heyətin yararlana bilmədiyi çekləri silir”, – Morqan yazıb.

Morqanın bu reaksiyası dekabrın 6-da İngiltərə Premyer Liqasının 15-ci turunun matçında “şəhərlilərin” “Aston Villa”ya uduzması (0:1) ilə əlaqədardır. Bu qələbədən sonra Birmingem təmsilçisi turnir cədvəlində “siti”ni geridə qoyub.

Daha əvvəl Pirs Morqan “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqı təlxək adlandırmışdı.

Aut.az