2010-cu illərdə La Liqada “at oynadan” 10 futbolçu
“FourFourTwo” 2010-cu illərdə İspaniya La Liqasında çıxış edən ən yaxşı futbolçuların siyahısını açıqlayıb.
Aut.az xəbər verir ki, “Barselona”nın sabiq hücumçusu Lionel Messi siyahıya başçılıq edir.
“İlk 3-lük”də “Real”ın keçmiş forvardı Kriştiano Ronaldo və sabiq “Barsa”lı yarımmüdafiəçi Andres İnyesta qərarlaşıb.
Xatırladaq ki, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi “Barselona”nın yetirməsidir. O, 2000-2021-ci illərdə Kataloniya klubunda çıxış edib. Argentinalı futbolçu İspaniya çempionatında 520 matçda iştirak edib. O, 474 qol vurub və 216 məhsuldar ötürmə etməyi bacarıb.
“İlk 10-luq” belədir:
1. Lionel Messi (Barselona);
2. Kriştiano Ronaldo (Real Madrid);
3. Andres İnyesta (Barselona);
4. Xavi (Barselona);
5. Kərim Benzema (Real);
6. Serxio Buskets (Barselona);
7. Luka Modriç (Real);
8. Luis Suares (Barselona);
9. Toni Kroos (Real);
10. Neymar (Barselona).
