Almaniya

“Bayer”i “satır”, bu kluba keçmək istəyir

“Bayer” futbolçusu Florian Virtslə yollarını ayıra bilər.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq iddia irəli sürüb.

Onun sözlərinə görə, 20 yaşlı yarımmüdafiəçi “Bayern”də çıxış etmək istəyir. Münhen təmsilçisi də istedadlı oyunçunu heyətinə qatmaqda maraqlıdır. Onun taleyi həm də Tomas Müller və Camal Musialanın komandadakı gələcəyindən asılıdır.

Qeyd edək ki, Florian Virts cari mövsüm bütün turnirlərdə 19 oyun keçirib, 6 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. 85 milyon avro transfer dəyəri olan futbolçunun “asprinlər”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.