İspaniya

“Real”ın futbolçusu sıradan çıxdı

“Real”ın futbolçusu Daniel Karvaxal zədələnib.

Aut.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumatı yayıb.

31 yaşlı Karvaxal La Liqanın 15-ci turunun “Qranada” ilə oyununda (2:0) sıradan çıxıb. Bu gün aparılan müayinənin nəticələrinə görə, ispaniyalının ayaq əzələsində problem aşkarlanıb. Futbolçunun bərpa prosesi barədə məlumat verilməyib.

Bu mövsüm Daniel İspaniya çempionatında 13 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.