Enrike onun kimi 3 hücumçu istəyir
PSJ-nin baş məşqçisi Luis Enrike komandanın Kilian Mbappedən asılılığından danışıb.
Aut.az xəbər verir ki, ispan mütəxəssis fransız forvard haqqında bu sözləri deyib:
“Mbappe 17 qolla komandanın ən məhsuldar futbolçusudur. İkinci bombardir isə 4 qol vurub. Daha çox balans istəməzdikmi? Mbappe kimi hər biri 17 qol vuracaq 3 hücumçunun olmasını istərdim, amma bu mümkün deyil. Keçən il bizdə üç dünya ulduzu oynayıb və qollar onlar arasında bölüşdürülüb.
Bizim çoxlu qol vuran futbolçularımız var. Kilianı çıxarsaq, açıq-aydın 17 qol vuran başqa futbolçumuz olmayacaq. Amma bəlkə də 5 qol vuracaq bir neçə oyunçumuz olacaq”.
