Türkiyə

Renat Dadaşov “Hatayspor”a kömək edə bilməyəcək?

Bu gün Türkiyə Superliqasında 14-cü tura start veriləcək.

Aut.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” doğma meydanda “Antalyaspor”u qəbul edəcək. Qarşılaşma Bakı vaxtilə saat 21:00-da start götürəcək.

Renat sarı vərəqə limiti doldurub cəzalı durumuna düşdüyü üçün bu oyunu buraxmalı olacaq.

Qeyd edək ki, “Hatayspor” 17 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.