Qapıdan zərbə yerinə yetirərkən ayağın sındırdı
“Gent”in fransalı qapıçısı Pol Nardi qapıdan zərbə yerinə yetirərkən ayağında mürəkkəb sınıq yaranıb.
Aut.az xəbər verir ki, hadisə Konfrans Liqasının “Zorya” ilə oyununda baş verib. 29 yaşlı qolkiperin topuq nahiyəsi sınıb. O, xərəkdə meydançadan çıxarılıb.
“Biz Paula tezliklə sağalmağı arzu edirik. Diaqnoz ciddidir, o, açıq sınıq alıb”, – deyə “Gent” sosial şəbəkə hesablarında bildirilib.
Baş məşqçi Heyn Vanhaesebruk da onun barəsində danışıb: “Bu, əlbəttə ki, şok idi. O, kəllə-beyin travmasından təzəcə qayıdıb. İndi də bu”.
Nardinin Belçika klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. O, bu mövsüm “Gent” formasıyla 13 matçda forma geyinib.
