Azərbaycanın daha 3 güləşçisi dünya çempionu oldu
Kişi güləşçilərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən hərbçilər arasında dünya çempionatının üçüncü gününü 5 medalla başa vurublar.
Aut.az xəbər verir ki, yunan-Roma güləşçisi Ziya Babaşov (63 kq), Ülvi Qənizadə (72 kq) və Murad Əhmədiyev (92 kq) dünya çempionu olublar.
Milli komandanın digər iki üzvü Fərid Sadıqlı (55 kq) və Azad Əliyev (82 kq) isə yarışı üçüncü tamamlayıblar.
Bununla da yığma komandanın dünya çempionatında qazandığı medalların sayı 18-ə çatıb. Yarış dekabrın 3-dək davam edəcək.
