Dünya futbolu

Messi effekti: Yeni mövsüm üçün bütün biletlər satıldı

MLS klubu “İnter Mayami” 2024-cü ilin fevralında başlayacaq çempionatın müntəzəm mövsümü üçün artıq bütün biletləri satdığını açıqlayıb.

Aut.az xəbər verir ki, klub  abonementlərin qiymətini demək olar ki, iki dəfə qaldırsa da, bu, biletlərin sürətlə satılmasına mane olmayıb.

Bu yay Lionel Messi ilə müqavilə bağladıqdan sonra azarkeşlər “İnter”ə böyük maraq göstərirlər.

Yüksək tələbat səbəbindən klub tez bir zamanda öz arenasının tutumunu genişləndirdi.

Argentinalı futbolçu MLS-də 6 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Aut.az