İspaniya

Əməliyyat olunacaq – Nədən narahatdır?

“Real” və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem tezliklə çiynindən əməliyyat olunacaq.

Aut.az xəbər verir ki, bu barədə  “The Athletic” məlumat yayıb.

Bu səbəbdən Bellinqem İngiltərə millisinin Avro-2024 seçimində son oyunlarını buraxıb. Yığmanın həkimləri yarımmüdafiəçiyə çiyin oynağının qeyri-sabitliyi diaqnozu qoyublar.

Düzdür, Cud “Real”ın heyətində ÇL-də “Napoli” ilə son matçda (4:2) meydana çıxıb.

“Onun hələ də çiynində problemlər var”, – “Real”ın baş məşqçisi Karlo Ancelotti mətbuat konfransında deyib.

Düzdü, əməliyyatın keçirilmə tarixi və yeri hələ dəqiqləşməyib. Qeyd edək ki, Bellinqem bu mövsüm “kral klubu”nun heyətində bütün turnirlərdə 16 oyun keçirib və 15 qol vurub.

Aut.az