Çempionlar Liqası

Unikal nəticə: ÇL-də hələ bunu bacaran olmayıb

“Arsenal” Çempionlar Liqasının qrup oyununda “Lans”ı (6:0) məğlub edərək birinci sıranı təmin edib.

Aut.az xəbər verir ki, ilk hissədə Kai Haverts, Qabriel Jesus, Bukayo Saka, Qabriel Martinelli və Martin Odeqard Fransa təmsilçisinin qapısına 5 qol vurublar. Bu, unikal nailiyyət kimi tarixə düşüb.

“Opta”nın məlumatına görə, “Arsenal” Çempionlar Liqası tarixində ilk hissədə (avtoqollar istisna olmaqla) ən azı beş fərqli oyunçunun qol vurduğu ilk komanda olub.