İngiltərə

Abramoviç Ukraynanı aldadıb, pulu İsrailə verir

Roman Abramoviç “Çelsi”nin satışından Ukraynaya köçürməyi planlaşdırdığı pul İsrailə verilmək istəyib.

Aut.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu təklif İsraillə HƏMAS arasında münaqişə başlayandan sonra müzakirə edilib. Qeyd olunur ki, hazırda Böyük Britaniya hökümətli təklifi rədd edib. Nazirlər bunun Rusiyada qınanmamaq üçün “Çelsi”nin keçmiş sahibi Roman Abramoviçin ideyası olduğuna inanırlar.

Həmçinin bildirilir ki, Abramoviç oktyabrın 7-dən sonra İsraildə humanitar məqsədlər üçün pulun potensial istifadəsi ilə yanaşı, Türkiyədə fevral zəlzələsindən zərərçəkənlərə yardım variantını da təklif edib.

Digər mənbələrə görə, Abramoviçin bu danışıqlardan xəbəri olmayıb. Pul transferi ilə bağlı müzakirələrə İsrail rəhbərlik edib.

Xatırladaq ki, keçən il Roman Abramoviç “Çelsi” klubunu amerikalı sahibkar Todd Boleyə 4,82 milyard avroya satıb. Rusiyalı iş adamına Böyük Britaniyada sanksiyalar tətbiq edildiyindən o, satışdan əldə edilən vəsaitin xeyriyyə məqsədiylə istifadə edilməsinə qərar verilib. O, əvvəlcə bütün pulun Ukraynaya yardım kimi veriləcəyini desə də, Rusiya tərəfinin təzyiqlərindən sonra fikrindən daşınıb.