25 yaşlı futbolçu qəflətən öldü
Almaniyada “Yan Reqensburq” klubunun 25 yaşlı sağ cinah oyunçusu Aqemanq Diavuzi qəflətən öğlüb.
Aut.az xəbər verir ki, futbolçu “RB Leypsiq”in yetirməsi olub.
“Yan Reqensburq” rəsmi saytında Diavuzinin itkisindən təəssüfləndiyini bildirib . Futbolçu 2023-cü ilin yayından Almaniyanın üçüncü güclü divizionunu təmsil edən bu komandada çıxış edirdi.
Aqemanqın ölüm səbəbi barədə məlumat verilmir. Bu mövsüm Diavuzi daxili çempionatda “Yan Reqensburq”un heyətində 12 oyun keçirib.
Aut.az
