Öz triosunu hansı “üçlük”lə müqayisə etdi?
“Barselona”nın keçmiş futbolçusu Rivaldo Ronaldinyo və Ronaldo ilə təşkil etdiyi üçlüyü Lionel Messi, Neymar və Luis Suares üçlüyü ilə müqayisə edib.
“Hər kəs öz vaxtında yaxşıdır. Bizim trio ( Ronaldinyo və Ronaldo – red. ) dünya çempionudur, biz bunu Braziliya üçün etdik. Messi, Suares və Neymar üçlüyü “Barselona”nın çempionudur.
Artıq hamımız futbol tarixindəyik. Əlbəttə, Ronaldo ilə oynamaq həmişə xoş idi, o fenomenaldır, onunla oynamaq mənim üçün asan idi. Amma mən demirəm ki, bizim üçlük daha yaxşıdır. Məsələn, Neymarı inanılmaz dərəcədə istedadlı, hətta böyük futbolçu hesab edirəm. Mən ona heyranam”, – Rivaldo YouTube kanalının “BALL Shorts” verilişində deyib.
Rivaldo 1997-2022-ci illərdə “Barselona”da çıxış edib. Braziliyalı iki dəfə İspaniya çempionu, ölkə kubokunun və UEFA Superkubokunun qalibi olub.
Aut.az
