Əməliyyat olundu
“Barselona”nın yarımmüdafiəçisi Qavi çarpaz bağın cırılması və meniskinin zədələnməsindən sonra uğurla əməliyyat olunub.
Aut.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
“Qavi bu gün sağ dizin ön çarpaz bağının yırtılması və meniskin tikişi üzərində uğurlu əməliyyat keçirdi. Klubun tibbi xidmətinin nəzarəti altında doktor Joan Karles Monlau onu Barselona xəstəxanasına aparıb”, – “Barselona”nın rəsmi saytında dərc olunmuş mesajda deyilir.
Xatırladaq ki, yarımmüdafiəçi Avro-2024-ün seçmə mərhələsində Gürcüstanla keçirlən oyunda (3:1) zədələnib.
Bu mövsüm Qavi “blauqrana”nın heyətində 15 matçda iştirak edib.
Aut.az
