Sabiq futbolçu müharibədə öldü
Ukraynanda gedən müharibədə daha bir idmanı həlak olub.
Aut.az xəbər verir ki, Ukraynada bir sıra klublarda oynamış sabiq futbolçusu Aleksandr Qonçar döyüşlərdə həyatını itirib.
Faciəli xəbər barədə Borispol Şəhər Şurasının İcraiyyə Komitəsi öz “Facebook” səhifəsində məlumat yayıb.
“Hərbi xidmətdə olduğu müddətdə özünü müstəsna olaraq müsbət tərəfdən göstərdi. Funksional vəzifələrini mükəmməl yerinə yetirdi, həmkarları arasında nüfuz qazandı. Qardaşları Aleksandrın hamı ilə tez dil tapdığını, çox səmimi, məsuliyyətli və nizam-intizamlı olduğunu xatırlayırlar. Son nəfəsinə qədər hərbçiyə və Ukrayna xalqına andına sadiq qaldı”, – deyə başsağlığında bildirilir.
Qeyd olunur ki, Qonçar avqustun 16-da Zaporojye istiqamətində dünyasını dəyişsə də, onun faciəvi ölümü yalnız indi məlum olub. Qəhrəmanın həyat yoldaşı, qızı və oğlu qalıb.
Qonçar Borispol “Borisfen”in yetirməsi idi. O, “Prıkarpatya”, “Vorskla”, “Metalist”, “Zarya”, “Niva” və digər klublarda çıxış edərək, Ukrayna birinci liqasının gümüş mükafatçısı olub.
Aut.az
