Onun qarşısında böyük gələcək açılacaq – Özbək futbolçu haqda
Moskva CSKA-sının müdafiəçisi Moises Barbosa ordu klubunun yarımmüdafiəçisi Abbosbek Fayzullayevin oyunu haqda fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, Fayzullayev mvsümün əvvəlində Özbəkistan “Paxtakor”undan ÇSKA-ya keçib.
“Onun uyğunlaşması çox tez keçdi. Abbos bizə çox kömək edir və ümumi işə mühüm töhfə verir. Belə davam edərsə, onun qarşısında böyük bir gələcəyin açılacağına şübhə yoxdur”, – Moises klubun mətbuat xidmətinə bildirib.
Bu mövsüm 20 yaşlı Abbosbek Fayzullaev ÇSKA-nın heyətində 14 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı özbək futbolçunun dəyərini 2 milyon avro qiymətləndirir.
Aut.az
