UEFA-dan qadağa
UEFA Çempionlar Liqasının 6-cı turu çərçivəsində keçiriləcək “Salzburq” – “Benfika” oyunu ilə bağlı qərar verib.
Aut.az xəbər verir ki, qərara əsasən, “Benfika” azarkeşləri bu matçda komandalarına stadiondan dəstək ola biləyəcəklər.
Sözügedən qurum 4-cü turda “Real Sosyedad”la oyunda (1:3) baş verən insident nəticəsində Portuqaliya klubunu cəzalandırıb. Azarkeşlər sözügedən matçda pirotexniki vasitələrdən istifadə etmişdi.
“Benfika” Çempionlar Liqasında “Real Sosyedad”, “İnter” və “Salzburq”la mübarizə aparır. Hazırda Portuqaliya təmsilçisinin aktivinda 4 oyundan sonra xal yoxdur və sonuncu yerdə qərarlaşıblar.
“Salzburq” “Benfika” matçı növbəti il yanvarın 13-də keçiriləcək.
