“Fənərbağça”nın futbolçusu “hərbçilər”in hədəfində
“Fənərbağça”nın yarımmüdafiəçisi İrfan Kahveci karyerasını Rusiyada davam etdirə bilər.
Aut.az xəbər verir ki, “Yeni Şafak”ın iddiasına görə, 28 yaşlı futbolçunun xidmətində Moskva ÇSKA-sı maraqlıdır.
Mənbənin sözlərinə görə, “hərbçilər” Kahveci üçün 10 milyon avro ödəməyə hazırdır. Yarımmüdafiəçiylə İspaniya komandaları da maraqlanır.
Transfermarkt internet portalı İrfan Kahvecini 7,5 milyon avro dəyərində qiymətləndirir. 28 yaşlı yarımmüdafiəçi bu mövsüm “Fənərbağça”nında heyətində bütün turnirlərdə 21 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə verib.
