Messi-Ronaldo qarşıdurması olmayacaq? – “Mayami”dən müəmmalı davranış
Səudiyyə Ərəbistanı Lionel Messinin çıxış etdiyi “İnter Mayami”nin fevralda keçiriləcək turnirlərdən biri çərçivəsində Kriştiano Ronaldolu “Əl-Nəsr”ə qarşı yoxlama oyunu keçirməli olduğunu açıqlamışdı.
Aut.az xəbər verir ki, Amerika klubu təşkilatçıların “Son Rəqs” adlandırdığı turnirdə iştirakını təsdiqləmir.
“İnter”in bu turnirdə çıxış edəcəyi ilə bağlı deyilənlər doğru deyil. Mövsümöncəsi məşq təqvimimiz hələ təsdiqlənməyib”, – deyə klubdan bildirilib.
Lakin Florida klubu daha sonra bəyanatını silib.
Aut.az
