Azərbaycan futbolu

De Byazi ilə bağlı qərar nə vaxt veriləcək?

Sabah – noyabrın 22-də AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.

Aut.az xəbər verir ki, saat 10:00-da AFFA-nın inzibatı binasında başlayacaq iclasın gündəliyinə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırlıb-artırlımama məsələsi daxil edilib.

De Byazi 2020-ci ildən yığmanı çalışdırır. Milli onun rəhbərliyi altında son olaraq Avro-2024-ün seçmə mərhələsində mübarizə aparıb və qrupu 7 xalla 4-cü sırada bitirib.