Qoltuqağacı ilə qayıtdı, atası və agenti qarşıladı – VİDEO
Noyabrın 19-da Qavi İspaniya yığmasının oyununda zədələnib.
Aut.az xəbər verir ki, onun zədəsinin ciddi olduğu elə ilk andan sezilib. Daha sonra çarpaz bağın qopması ilə bağlı məlumat təsdiqləndi. Yarımmüdafiəçi mövsümün qalan hissəsini, Avro çempionatını və Olimpiadanı buraxacaq.
Qavi İniqo Martines və millinin idman direktoru Albert Luke ilə birlikdə gecə saat üçdə Barselonaya gəlib. Atası və agenti Qavini hava limanında gözləyiblər və onlar futbolçunu maşınla, ehtimal ki, xəstəxanaya aparıblar. Avtomobildə həmçinin “Barselona”nın üç təhlükəsizlik zabiti də olub.
