Ərəblərin ona marağından danışdı: Şayiədir, yoxsa…
“Mançester Yunayted”in yarımmüdafiəçisi və kapitanı Bruno Fernandes Səudiyyə klublarının onu transfer etmək istəməsi ilə bağlı yayılan xəbərlərə cavab verib.
“Mən bütün diqqətimi milli komandaya və “Mançester Yunayted”ə yönəltmişəm. Olduğum yerdə xoşbəxtəm. Milli komandada çox yaxşı vaxtlarımız olub, amma “Mançester Yunayted”də yox. Mən şayiələrə fikir vermirəm. Bu gün mətbuatda şayiə yaymaq çox asandır. Hədəflərim üzərində cəmləşməyə üstünlük verirəm”, – deyə AS Fernandesdən sitat gətirib.
Xatırladaq ki, bu mövsüm portuqaliyalı futbolçu bütün turnirlərdə 17 matçda iştirak edib və dörd qol vurub, üç məhsuldar ötürmə edib. Fernandesin klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 75 milyon avrodur.
Aut.az
