Şahruddin üçün millinin heyətində ən dəyərli qələbə hansıdır?
Azərbaycan millisinin və Türkiyənin “Adana Dəmirspor” klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev Avro-2024-ün seçmə mərhələsində İsveçlə oyunda qazanılan qələbəni (3:0) şərh edib.
“Mənim üçün bu, indiyə qədər milli komandada qazandığım ən dəyərli qələbədir? Əlbəttə. Öz azarkeşlərimizin önündə belə yaxşı komandaya qarşı. Və 1:0 deyil, 3:0. Bu sadəcə qələbədir.
Biz yüksək motivasiyalı idik. Öz meydanımızda, azarkeşlərimiz önündə qələbə qazanmaq istəyirdik. Şükür Allaha, demək olar ki, planlaşdırdığımız hər şey baş tutdu. Düşünürəm ki, qırmızı vərəqə olmasaydı, daha yaxşı oynaya bilərdik. Hər halda, İsveçdəki məğlubiyyətə görə özümüzü bərpa etdik. Sübut etdik ki, o məğlubiyyət təsadüf idi”, – Şahruddin “Çempionat”ın müxbiri Oleq Lısenkoya müsahibəsində bildirib.
Azərbaycan Avro-2024-ün seçmə turnirinin F qrupunda 7 xalla dördüncü yerdədir. Komanda turnirin əsas mərhələsinə çıxmaq şansını itirib.
Aut.az
