Azərbaycan futbolu

Azərbaycan kuboku: Bu gün start verilir

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/24-cü illər mövsümünə start veriləcək.

Aut.az xəbər verir ki, 1-ci təsnifat mərhələsinin ilk oyun günündə üç qarşılaşma baş tutacaq.

İkinci Liqa təmsilçilərindən “Füzuli” “Lerik”lə, “Qusar” “Şahdağ Qusar”la, “Göygöl” “Dinamo” ilə qarşılaşacaq.

Azərbaycan kuboku: 1-ci təsnifat mərhələsi
18 noyabr

13:00 Füzuli – Lerik
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Zöhrab Abbasov, Şamil İmanzadə
“ASK Arena”.

13:00 Qusar – Şahdağ Qusar
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Əkbər Əhmədov
“Kapital Bank Arena” (ehtiyat meydança).

14:30 Göygöl – Dinamo
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Teymur Teymurov, Elvin Bayramov
Göygöl OİK stadionu.