Kateqoriyasız

Şahruddin: Emin onları lovğalıqlarına görə cəzalandırdı

Azərbaycan millisinin və “Adana Dəmirspor”  qapıçısı Şahrudin Məhəmmədəliyev komanda yoldaşı Emin Mahmudovun Avro-2024-ün seçmə mərhələsində İsveçlə matçda (3:0) vurduğu qolla bağlı fikirlərini bildirib

Aut.az xəbər veri ki, məhsuldar ötürmə müəllifi olan qapıçı bunları deyib:

“Yəqin ki, il ərzində gördüyüm ən yaxşı qoludur. Topu bir toxunuşla dayandırmaq və onu vurmaq sadəcə bir şah əsərdir! Mən topu əllərimlə ona verdim, Emin isə onu saxladı və ikinci toxunuşu ilə isveçlidən sıyrılıb meydanın mərkəzindən qapıya vurdu. Bizim uşaqlar Robin Olsenin qapısına doğru iki-üç dəfə belə cəhd etdilər. O işarə etdi ki, “buyurun, cəhd edin”. Mahmudov sınadı – hamıdan yaxşı alındı! Onu lovğalığına görə cəzalandırdı.

Təbii ki, Emin xoşbəxtdir. O deyir: “Sən ötürmə verəndə düşündüm: indi topu dayandıracağam və sonra onu necə gözəl qəbul etdiyimi hamıya deyəcəyəm”. Emin onu gözəl qəbul edib, gözəl də vurdu. Əla! Hamımız bilirik ki, o, çox gözəl futbolçudur. Öz səviyyəsini göstərdi”.