Dünyanın gözlədiyi döyüşün vaxtı bəlli oldu
Ukraynalı Aleksandr Usik (21-0, 14 KO) və britaniyalı boksçu Tayson Fyuri (34-0-1, 24 KO) 2024-cü il fevralın 17- də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki “Kingdom Arena” döyüşəcəklər.
Aut.az xəbər verir ki, bu barədə cümə axşamı, noyabrın 16-da Londondakı “Uembli” stadionunda keçirilən mətbuat konfransında məlumat verilib.
Bütün 4 əsas kəmər risk altında olacaq: Fyurinin WBC titulu və Usikin IBF, WBA və WBO kəmərləri.
35 yaşlı Fyuri və 36 yaşlı Usikin bundan əvvəl dekabrın 23-də Ər-Riyadda görüşü nəzərdə tutulmuşdu. Amma bu görüş təxirə salındı, çünki Fyuri oktyabrın 28-də Ər-Riyadda keçmiş UFC çempionu Frensis Nqannou ilə 10 raundluq çətin döyüş keçirdi.
Fevralda keçiriləcək 12 raundluq döyüş heç-heçə və ya ləğvetmə ilə bitməsə, onun qalibi ağır çəkidə dörd kəmərə sahib olan ilk şəksiz çempionu olacaq.
Aut.az
