“Yunayted”in əfsanəsindən acı etiraf: “Siti”dən yaxşısı yoxdur
“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Roy Kin hesab edir ki, hazırda İngiltərə futbolunda “Mançester Siti”dən yaxşı komanda yoxdur.
“Onlar əladır, buna heç bir şübhə yoxdur, lakin digər komandalar özlərini nizama salmalıdırlar, hər şey bundan ibarətdir. Mən hələ də “Mançester Siti”dən yaxşı komanda görmürəm. “Şəhərlilər” çox güclüdür”, – “Liverpool Echo” Kindən sitat gətirib.
Bu mövsümün 12 turundan sonra “Mançester Siti” İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir və “Liverpul”u bir xal qabaqlayır. Daxili çempionatın növbəti oyununda Pep Qvardiolanın yetirmələri doğma meydanda Yurgen Kloppun komandası ilə qarşılaşacaq. Oyun noyabrın 25-də baş tutacaq.
Aut.az
