Beşqat olimpiya çempionu toparlana bilmir: Koronavirusdan sonra
Koronavirusdan əziyyət çəkən beşqat Olimpiya çempionu Yohannes Klebo toparlana bilmir.
Aut.az xəbər verir ki, 17-19 noyabrın -da Beytostolendə (Norveç) keçiriləcək xizək mövsümünün açılışını buraxacaq.
“Risk etmək və yarışlarda iştirak etmək hələ tezdir. Bədənim hələ buna hazır deyil. Beitostolendəki müsabiqədə iştirak etmək istərdim, amma təəssüf ki, mümkün olmayacaq. Koronavirusdan sonra daha asan məşqlə başladım, lakin ağır yarışlarda bədənimə meydan oxumağa hələ hazır deyiləm”, – 27 yaşlı Klebo bildirib.
Noyabrın 24-də Finlandiyanın Ruka şəhərində yeni dünya çempionatı mövsümü başlayır. Beşqat Olimpiya çempionunun orada da iştirak edib-etməyəcəyi hələ dəqiq deyil.
Xizəkçi ötən həftənin əvvəlində koronavirusa yoluxub.
Klebo aprel ayında artıq Norveç millisindəki çıxışını başa vuracağını açıqlasa da, oktyabrda fikrini dəyişib .
Klebo Pyeongchang Olimpiadasında üç qızıl, Pekin Oyunlarında iki qızıl daxil olmaqla dörd medal qazanıb. O, həm də doqquzqat dünya çempionudur.
