İspaniya

Futbolçuları arasında narazılıq: Bir-biriləriylə görüşmədilər

“Barselona”nın polşalı hücumçusu Robert Levandovski İspaniya çempionatının 13-cü turunun “Alaves”lə oyununda (2:1) komanda yoldaşı Lamin Yamalın hərəkətindən narazı qalıb.

Aut.az xəbər verir ki, epizodların birində Yamal rəqibin cərimə meydançasında Levandovskiyə ötürmə verməyib. Bundan sonra polşalı forvard yoldaşına şikayətlərini bildirib və Yamalın ona uzatdığı əlini sıxmaqdan imtina edib.

Bu görüşdə Levandovski dubla imza atıb.

13 turdan sonra “Barselona” İspaniya çempionatının turnir cədvəlində 30 xalla 3-cü pillədə qərarlaşıb. Komanda lider “Jirona”dan 4 xal geri qalır.

Futbolçuları arasında narazılıq: Bir-biriləriylə görüşmədilər