Dünya futbolu

Futbol tarixində cəmisi 14 müdafiəçi var ki…

İngiltərəli futbolçu Ceyms Tavernier karyerası ərzində 100 və daha çox qol vuran 14-cü müdafiəçi olub.

Aut.az xəbər verirk ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytı məlumat yayıb.

Şotlandiyalı futbolçu, “Reyncers” klubunun üzvü Premyer Liqanın XII turunda “Livinqston”la görüşdə (2:0) fərqlənərək, bu siyahıya düşüb. 32 yaşlı oyunçu bunu reallaşdıran 3-cü sağ cinah müdafiəçisidir. Maraqlıdır ki, Tavernier 100 qol həddinə çatanlar arasında millidə çıxış etməyən yeganə futbolçudur.

Rekordçu isə 254 qola imza atan əfsanəvi niderlandlı Ronald Kumandır.

Siyahıya düşənlərdən yalnız Tavernier və ispaniyalı Serxio Ramos karyerasını davam etdirir.

 

Futbol tarixində cəmisi 14 müdafiəçi var ki...Futbol tarixində cəmisi 14 müdafiəçi var ki...