Dünya futbolu

Ronaldo sakitcə baxdı, meydanda kütləvi dava düşdü – FOTO

Braziliya A Seriyasının 34-cü turunun “Koritiba” – “Kruzeyro” (1:0) matçı meydanda azarkeşlərin kütləvi davası səbəbindən yarımçıq dayandırılıb.

Aut.az xəbər verir ki, hazırda hər iki komanda aşağı liqaya düşmə zonasındadır və ona görə də bu oyunda heç kim xal itirmək istəmirdi.

Bununla belə, 90+1-ci dəqiqədə “Koritiba”nın futbolçusu Robson Fernandes Viktor Luisin ötürməsi ilə hesabı açıb.

Bu qoldan sonra “Koritiba” azarkeşləri kütləvi şəkildə meydana qaçaraq bayram ediblər. Stüardlar belə izdihamı saxlaya bilməyiblər. Buna görə də ev sahibi azarkeşlər rəqib fanatları dayandırmaq üçün meydançaya giriblər.

“Kruzeyro”nun prezidenti, əfsanəvi braziliyalı futbolçu Ronaldo baş verənləri sakitcə izləyib.

Aut.az

Ronaldo sakitcə baxdı, meydanda kütləvi dava düşdü – FOTO
Ronaldo sakitcə baxdı, meydanda kütləvi dava düşdü – FOTO