Yenə də oğlunu təriflədi
WBC versiyasında ağır çəkidə kəmər sahibi Tayson Fyurinin (34-0-1, 24 KO) atası Con Fyuri oğlunun keçmiş UFC çempionu Frensis Nqannou ilə döyüşdə inamsız çıxış etməsindən danışıb.
Aut.az xəbər verir ki, Con bu inamsızlığın WBA, WBO və IBF üzrə dünya çempionu Alexander Usiklə (21-0, 14 KO) döyüşdə problem yaratmayacağını bildirib.
“Mən Taysonun qələbəsi haqqında danışmaq istəmirəm. Yaxşı qələbə idi. Boş-boş danışan kifayət qədər insan var və mən onlardan olmayacağam.
Oğlum hələ də dünya çempionu və ən yaxşı ağır çəkilidir. Onun Usiklə döyüşünü izləyərsiniz, o, rinqdə dominantlıq edəcək və Usiki dayandıracaq”, – Con Fyuri “SecondsOutLive”a müsahibəsində deyib.
Aut.az
