“Yunayted”i cəzalandıran Runi tarixə düşdü
“Kopenhagen”in 17 yaşlı hücumçusu Runi Barqi Çempionlar Liqası matçında “Mançester Yunayted”ə qol vuran ən gənc futbolçu olub.
Aut.az xəbər verir ki, bu barədə “Opta” statistik resursu xəbər verib.
Danimarka komandasının gənc istedadı meydana yalnız “Mançester Yunayted”lə matçın (4:3) 63-cü dəqiqəsində daxil olsa da, artıq 87-ci dəqiqədə “qırmızı şeytanlar”ın qapısına 4-cü qolu vurub. Bu, qələbə qolu olub.
Ümumilikdə Runi Barqi bu mövsüm klub səviyyəsində artıq 10 qol vurub. 17 yaşlı isveçli rəqib qapısına təsirli zərbəyə orta hesabla cəmi 121,7 dəqiqə sərf edir.
Aut.az
