Azərbaycan futbolu

“Sabah” çempion!

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 9 yaşadək futbolçular arasında Zəfər Kuboku keçirilib.

Aut.az xəbər verir ki, “Sabah”ın müvafiq yaş qrupundan ibarət komandası da turnirdə iştirak edib. “Troya”, ROFM və “Lamasya” ilə birgə A qrupunda yer alan “Sabah” qrup mərhələsini birinci pillədə başa vuraraq finala vəsiqə qazanıb. Həlledici matçda “Səbail” komandasından olan həmyaşıdlarını 5:2 hesabıyla məğlub edən ”Sabah” turniri çempion kimi başa vurub.

“Sabah” U-9-un qolkiperi Əli Fəttahzadə turnirin ən yaxşı qapıçısı seçilib.