Mourinyonun etirafı: Layiq idik
“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının IV turunda ” Slaviya”ya qarşı oyunu (0:2) təhlil edib.
“Slaviya” həqiqətən qələbəyə, biz isə məğlubiyyətə layiq idik. “Slaviya” Romadakı son matçdakı kimi oynadı. Biz bu matça cinahda Zalevski və hücumçu kimi El Şaaravi ilə hazırlaşdıq, lakin bu, “Roma”nın uduzmasının səbəbi deyildi”, – UEFA-nın rəsmi saytı Joze Mourinyodan sitat gətirib.
Xatırladaq ki, “Roma” “Slaviya”ya məğlubiyyətdən sonra qrup birinciliyini top fərqinə görə Çexiya komandasına təhvil verib.
Aut.az
