Çempionlar LiqasıAlmaniya

Noyer “Qalatasaray”la oyundan sonra: Aclıq artıb

“Bavariya”nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun matçında “Qalatasaray” üzərində qələbədən (2:1) danışıb.

“Bu, əla nəticədir. Qrup mərhələsini keçdik. Biz öz çıxışımızla fəxr edə və bu gün qalib gəldiyimiz üçün xoşbəxt ola bilərik. Bu xüsusi hissdir.

“Qalatasaray” güclüdür, amma biz ayıq-sayıq idik və formamızı saxladıq. Aclıq səviyyəsi artıb. Hamımız enerji ilə doluyuq və hər matçda qalib gəlmək istəyirik. Qrupdan çıxdıq və qələbəni davam etdirmək üçün əlimizdən gələni edəcəyik”, – deyə “Bavariya”nın rəsmi saytı Noyerdən sitat gətirib.

Dörd turdan sonra “Bavariya” “Kopenhagen” (4 xal), “Qalatasaray” (4 xal) və “Mançester Yunayted”in (3 xal) yer aldığı A qrupunda 12 xalla birinci yerdədir.

Aut.az