İtaliya

Mourinyo Sarriyə belə dərs verdi

“Roma”nın baş məşqçisi Joze Mourinyo “Latsio”dakı həmkarı Mauritsio Sarrinin sözlərinə cavab verib.

Aut.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi “canavarlar” üçün həftəsonu baş tutacaq Roma derbisinə hazırlaşmağın daha asan olacağını söyləyib. O, “Slaviya” ilə Avropa Liqası matçının Joze Mourinyonın rəhbərlik etdiyi “Roma” üçün asan keçəcəyini və yoldaşlıq matçı statusunda sayıla biləcəyini deyib.

“Sarrinin bu sözlərindən inciyən mən yox, “Slaviya” olmalıdır. O, sanki rəqib zəifmiş kimi danışıb. Mən həmişə komandamın rəqiblərinə hörmətlə yanaşıram. Bəlkə də 26 kubok qazanan və faktiki olaraq heç nə əldə etməyən məşqçi arasındakı fərq budur. Zəif rəqib yoxdur”, – deyə portuqaliyalı mütəxəssis həmkarına cavab verib.

Qeyd edə ki, “Slaviya” – “Roma” matçı bu gün saat 21:45-də keçiriləcək. A Seriyasında Roma derbisi noyabrın 12-ə təyin edilib.