Renat Dadaşov oynadı?
Türkiyə Super Liqasında XI turun oyunları keçirilir.
Aut.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” “Samsunspor”un qonağı olub.
Matç ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Renat oyuna start heyətdə başlayıb və 88-ci dəqiqədə meydanı tərk edib.
11 turdan sonra 14 xal toplayan “Hatayspor” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
