İspaniya

“Real”ın Mbappe açıqlamasının arxasında nə dayanır?

Tanınmış insayder Fabritsio Romano “Realın”ın PSJ-nin hücumçusu Kilian Mbappe ilə bağlı açıqlama verməsinin səbəbini açıqlayıb.

Aut.az xəbər verir ki, Romanonun sözlərinə görə, Madrid klubu bu bəyanatı futbolçunun klubu ilə gərgin münasibətdə olmasını istəmədiyi üçün verib. Bununla belə, “Real” hələ də Mbappeni əsas transfer hədəfi hesab edir. Klub ümid edir ki, Mbappeni pulsuz əldə edə biləcək.

Qeyd edək ki, “Real” rəsmi açıqlama yayaraq Mbappeylə danışıqlar aparmadığını bildirib.

Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm futbolçu bütün turnirlərdə 13 matçda iştirak edib, 12 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.