Ərəblər “Real”a da sponsorluq edəcəklər
“Real” yeni sponsorla anlaşıb.
Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Nəşrin əldə etdiyi məlumata görə, “kral” klubunun rəhbərliyi Səudiyyə Ərəbistanından olan bankla əməkdaşlıqla bağlı uğurlu danışıqlar aparıb. Tərəflər bütün detallar barədə razılığa gəliblər.
Mənbə qeyd edir ki, sövdələşmədə bankın loqosunun oyun, məşq formalarına vurulması və ya stadiondakı reklam bannerlərində nümayiş etdirilməsi nəzərdə tutulmayıb. Tərəfldaşlıq fərqli istiqamətdə olacaq.
Qeyd edək ki, “Real” hazırda La Liqanın lideridir. Madrid klubu 9 turdan sonra 25 xal toplayıb.
