“Real”ın futbolçuları əmindirlər: O gəlir
“Real”ın oyunçuları PSJ-nin hücumçusu Kilian Mbappenin komandaya qoşulacağını gözləyirlər.
Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Futbolçular əmindirlər ki, Kilian yayda “Real”ın düşərgəsində olacaq.
PSJ vəziyyəti dəyişmək və fransalı ilə 2024-cü il iyunun 30-da başa çatacaq müqaviləni uzatmaq istəyir. Ancaq bunu etmək çətin olacaq.
Kilian bu mövsüm Paris klubunun heyətində 12 qol vurub və bir məhsuldar ötürmə edib. O, “Qızıl top”un səsverməsində üçüncü olub.
Aut.az
