Türkiyə klubunda yeni baş məşqçi
“Konyaspor”un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Aut.az xəbər erir ki, Super Liqa təmsilçisi Hakan Keleşlə razılıq əldə edib. Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.
51 yaşlı mütəxəssislə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, “Konyaspor” bir neçə gün öncə Aleksandar Stanoyeviçi istefaya göndərib. Hakan Keleş isə son olaraq “Giresunspor”u çalışdırıb.
